14:24 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5510

Yeddi əl əvvəl bu gün Polşa prezidenti Lex Kaçinski faciəli şəkildə həyatını itirdi

BAKI, 10 apr — Sputnik. Bu gün Polşa prezidenti Lex Kaçinskinin ölümündən 7 il keçir. O və onun həyat yoldaşı aprelin 10-da Smolenskdə baş vermiş təyyarə qəzasında həlak olub. Yerə düşən təyyarənin göyərtəsində Kaçinsklərdən əlavə heyət üzvləri, hökümət nümayəndələri də daxil olmaqla 96 nəfər olub.

Lex Kaçinski 18 iyun 1949-cu ildə Varşavada anadan olub. 1990-cı ildə əkiz qardaşı Yaroslavla birlikdə yaratdığı Mərkəzçi Qüvvələr Partiyasının əsas məqsədi azad seçkilər keçirilməsinə və Lex Valensanın prezident seçilməsinə nail olmaqdan ibarət idi. 1991-ci ildə L.Kaçinski nazir statusu ilə prezident Valensanın Dəftərxanasında Milli Təhlükəsizlik İdarəsinə rəhbərlik edirdi. O, 1992-1995-ci illərdə Ali Nəzarət Palatasının sədri, 2000-ci ildə Yeji Buzek hökumətində ədliyyə naziri olub.

2001-ci ildə "Hüquq və ədalət" partiyasına rəhbərlik edən Kaçinski yenidən Seymin deputatı seçilir. Prinsipial, işgüzar, ədalətli siyasi xadim kimi şöhrət qazanmış Kaçinski 2002-ci ildə Varşavanın prezidenti (meri) seçilib və dövlət başçısı kimi and içənə qədər bu vəzifədə çalışıb.

2005-ci ilin martında Lex Kaçinski Polşa Prezidenti vəzifəsinə öz namizədliyini sürəcəyini rəsmən elan edib. Həmin vaxt çoxları bu fikirdə idi ki, "Hüquq və ədalət" partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə Lex Kaçinskinin qardaşı Yaroslav baş nazir vəzifəsini tutacaq. 2006-cı ildə bu fikir gerçəkləşdi.

2005-ci il oktyabrın 9-da Lex Kaçinski və Donald Tusk prezident seçkilərində daha çox səs toplayaraq ikinci tura qatıldılar. Oktyabrın 23-də keçirilən ikinci turda Lex Kaçinski səslərin 54,04 faizini toplayaraq Polşa Prezidenti seçildi.

Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk vilayətində hərbi aerodromda eniş edərkən qəzaya uğrayıb. Hadisə nəticəsində o da vəfat edib.

Əlaqədar

Ölümün neçə ay öncədən başladığını bilirsiniz?
Müəlliməni taxta parçası ilə öldürdülər
Azərbaycanda faciə: bir evdə beş nəfər dəm qazından boğuldu
Dünya bu faciə qarşısında sarsıldı
Teqlər:
Lex Kaçinski, Polşa prezidenti, təyyarə, Varşava, ölüm, qəza

Əsas mövzular