01:00 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
6920

Birinci nazir: "Şotlandiya müstəqil dövlət olacaq və başqa ölkələr kimi BMT-də öz yerini alacaq"

BAKI, 6 apr — Sputnik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının tərkibinə daxil olan Şotlandiyanın birinci naziri Nikola Stercen, ölkəsinin müstəqilliyə yaxınlaşdığını söyləyib. Sputnik Azərbaycan bu barədə "Telegraph"a istinadən bildirir.

"Şotlandiya müstəqil dövlət olacaq. Həyatda olduğum müddətdə Şotlandiyanın müstəqil dövlət olacağına və başqa ölkələr kimi BMT-də öz yerini alacağına əminəm" — xanım Stercen deyib.

O bildirib ki, müstəqilliklə bağlı keçiriləcək yeni referendumdan müsbət cavab çıxdıqdan və Şotlandiya Britaniyadan ayrıldıqdan sonra, İngiltərə ilə aralarında sərbəst ticarət olacaq: "Şotlandiya və İngiltərə hər zaman qarşılıqlı sərbəst ticarət aparmalıdır. Bu, hər iki tərəf üçün də sərfəlidir".

Əlaqədar

Şotlandiya müstəqillik üçün daha bir referendum keçirəcək
Şotlandiya yenidən müstəqillik istəyir
Avropa İttifaqı şotlandlara müstəqillik təklif edir
Şotlandiyadakı qürur duyulası həmyerlimiz
Teqlər:
birinci nazir, müstəqil, Nikola Stercen, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Şotlandiya

Əsas mövzular