Ağ Ev və Pentaqon Bəşər Əsədlə bağlı təcili müzakirələrə başladı

© AFP 2023 / Brendan SmialowskiVaşinqton Ağ Ev
Vaşinqton Ağ Ev - Sputnik Azərbaycan
Abunə olmaq
"2012-ci ildə Bəşər Əsədin kimyəvi silahdan istifadə etdiyi zaman, Obama administrasiyası Suriya rejiminə tutarlı cavab verə bilsəydi, bu gün zalım Əsəd eyni addımı təkrarlamazdı"

BAKI, 5 apr — Sputnik. "Bu gün əgər Bəşər Əsəd günahsız insanları kimyəvi silahlarla öldürməyə davam edirsə, bunun günahı keçmiş ABŞ prezidenti Barak Obamanın yürütdüyü siyasətdədir".

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley - Sputnik Azərbaycan
Vaşinqtondan Suriya və İrana sərt mesaj

Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser deyib: "İdlib şəhərində insanlara qarşı kimyəvi silahlardan istifadə olunub. Bunu Bəşər Əsədin etdiyinə dair heç bir şübhə yoxdur. Ancaq burda önəmli olan bir məqam var. Bu da əvvəlki prezidentin vaxtilə yürütdüyü siyasətdir".

"Bəşər Əsədin hələ 2012-ci ildə kimyəvi silahdan istifadə etdiyi zaman, Obama administrasiyası Suriya rejiminə tutarlı cavab verə bilsəydi, bu gün zalım Əsəd eyni addımı təkrarlamazdı. Hazırda prezidentimiz cənab Donald Tramp İdlib şəhərində Əsəd rejiminin işlətdiyi cinayətlərə dair Pentaqonla müzakirələr aparır" — spiker bildirib.

Məsələyə respublikaçı senator Con Makkeyn də münasibət bildirib. "Mən prezident Trampdan Azad Suriya Ordusunu dəstəkləyəcəyini söyləməsini istəyirəm. Bəşər Əsədi hakimiyyətdən salmaq üçün əlindən gələn hər şeyi edəcəyini söyləməsini istəyirəm" — C. Makkeyn deyib.

"Bu ABŞ tarixi üçün, mədəni dünya üçün utanc səhifəsidir. Günahsız insanlar kimyəvi silahlarla məhv edilir. Bəşər Əsəd açıq-aşkar Donald Trampın nəbzini yoxlayır. O düşünür ki, indiki prezident də Barak Obama kimi kimyəvi qətliama göz yumacaq. Əgər Amerika bildiyimiz Amerikadırsa, bu zülmə göz yummayacaq" — senator əlavə edib.

Xəbər lenti
0