17:24 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Избирательный участок в Ереване

Sarqsyan Ermənistan vətəndaşı deyil?

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
23011

Ermənistanda Konstitusiyaya dəyişikliklər edildikdən sonra ilk dəfə parlamentə seçkilər keçirilir

BAKI, 2 apr — Sputnik. Ermənistanda keçirilən parlament seçkilərində maraqlı hadisə baş verib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Belə ki, Ermənistan prezidenti Serj Sarqsyan səs vermək istərkən xüsusi texnika nə onun özünü, nə də barmaq izlərini tanımayıb. Prezident dalbadal bütün barmaqlarını qurğuya yaxınlaşdırsa da, aparat onu tanımayıb.

© Sputnik /
Голосование президента РА Сержа Саргсяна

Səsvermənin gedişini izləyən rusiyalı jurnalistlərdən biri Sarqsyana "Bu çox çəkəcək?" sualını verib. Sarqsyanın cavabı maraqlı olub: "Bu mənim səlahiyyətimdə deyil". 

Barmaqlarının tanınmadığını görən Sarqsyan seçki komissiyasına pasportunu təqdim edib. Qurğu əvvəlcə pasportu da tanımayıb. Pasport yalnız bir müddətdən sonra tanınıb. Yalnız bundan sonra prezident səs verə bilib.

Ermənistanda Konstitusiyaya dəyişikliklər edildikdən sonra ilk dəfə parlamentə seçkilər keçirilir. Ermənistan parlament üsul-idarəsinə keçir.

Əsas mövzular