ABŞ-ın bu addımına Rusiyanın cavabı maraqla gözlənilir

© Photo : RuptlyABŞ-a məxsus hərbi texnika
ABŞ-a məxsus hərbi texnika - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, “soyuq müharibə” dövründən sonra ilk belə ağır hərbi transfer əməliyyatıdır

BAKI, 31 mart – Sputnik. Amerika Birləşmiş Ştatları Polşaya göyərtəsində 644 ədəd hərbi texnika və 1000-ə yaxın əsgərdən ibarət gəmi göndərib. Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, ABŞ-a məxsus gəmi artıq Qdansk limanına çatıb. 

Bu, “soyuq müharibə” dövründən sonra ilk belə ağır hərbi transfer əməliyyatıdır.  

Məlumata görə, Polşaya yerləşdirilən hərbi texnika və əsgərlər yaxın günlərdə ölkənin hərbi hissələrinə paylanılacaq.

Mövzu ilə bağlı Rusiyadan hələlik rəsmi açıqlama verilməyib.

Xəbər lenti
0