10:28 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Çində pasientə qolunda yetişdirilən qulaq köçürülüb

Çində möcüzəvi əməliyyat

© AZƏRTAC
DÜNYA
Qısa URL
94 0 0

Qulağın yaradılması üçün pasientin qabırğasından qığırdaq götürülüb, qığırdaq onun qolunda dərinin altına yeridilib

BAKI, 31 mart — Sputnik. Çin cərrahları xəstənin qolunda yetişdirilən qulağın pasientin başına köçürülməsi əməliyyatını uğurla reallaşdırıblar. AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, martın 30-da Şensi əyalətinin Sian şəhərində həyata keçirilən əməliyyat 7 saat davam edib.

Tszi soyadlı şəxs qulağını təxminən bir il əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində itirmişdi. 2016-cı ilin noyabrında cərrahlar onun qolunda yeni qulağın yetişdirilməsi prosesini başa çatdırıblar.

Qulağın yaradılması üçün pasientin qabırğasından qığırdaq götürülüb. Qığırdaq onun qolunda dərinin altına yeridilib, sonradan isə 3D printerdə çap edilən xüsusi implantların köməyi ilə ona qulaq forması verilib.

Əlaqədar

Ot üstündə əmisi oğlunun qulağını kəsdilər
Bu həkimə qulaq asın və stressdən canınızı birdəfəlik qurtarın
Sevgilisindən ötrü qulağını kəsən qəmgin düha
Teqlər:
qulaq, cərrah, əməliyyat, Çin

Əsas mövzular