“Fərat qalxanı" əməliyyatı başa çatdı

© AP Photo / Halit Onur SandalВС Турции в Сирии, фото из архива
ВС Турции в Сирии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı

BAKI, 29 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı başa çatıb.

Sputnik Azərbaycan-ın "Milliyet"-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekun bəyanatında bildirilib.

“Milli təhlükəsizliyin təmin edilməsi, İŞİD  təhlükəsinin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə həyata keçirilən "Fərat qalxanı" əməliyyatı uğurla başa çatıb” — bəyanatda deyilir.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı. 

Xəbər lenti
0