01:10 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
292220

Keçmiş prezident "Zik" telekanalında həftəlik tok-şounun aparıcısı olacaq

BAKI, 28 mart — Sputnik. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın "Zik" telekanalında həftəlik tok-şounun aparıcısı olacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə eks-prezident özü açıqlama verib.

"Biz "Zik"də "Digər Ukrayna"nın birinci proqramını lentə aldıq və veriliş çox sərt alındı. Hər həftə bu verilişdə mən sizə başqa heç kimin göstərmədiyi Ukraynanı göstərəcəyəm" — Saakaşvili bildirib.

O, həmçinin çəkiliş meydançasından şəkilləri də sosial şəbəkədəki profilinə yerləşdirib. Şəkildə Saakaşvili it damının yanında dayanıb. Yəqin bu şəkillə Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkoya cavab vermək istəyib. Poroşenko bu yaxında etdiyi çıxışların birində "ömründə bir it damı tikməmiş şəxslər ölkədəki vəziyyəti qarışdırmaq istəyirlər" ifadəsini işlətmişdi.

Əlaqədar

Putin yenidən Saakaşvilini ələ saldı
Saakaşvilinin gözlənilməz istefasının arxasındakı siyasi kombinasiya
Mixail Saakaşvili istefa verdi
Mixail Saakaşvili: "İndi Azərbaycan bizim haqqımızda nə düşünməlidir?"
"SOCAR Georgia"nın səhmlərinin 49%-i Mixali Saakaşvilinin xanımına məxsusdur?
Mixail Saakaşvili Ukraynanın hərbi sirrlərini yaydı
Arsen Avakov Mixael Saakaşvilini məhkəməyə verib
Teqlər:
"Zik" telekanalı, keçmiş prezident, Mixail Saakaşvili, Gürcüstan, Ukrayna

Əsas mövzular