Binanın qalıqları altından 61 cəsəd tapıldı

© REUTERS / SANA/Handout via ReutersBombardmandan sonrakı dağıntılar
Bombardmandan sonrakı dağıntılar - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD yaraqlıları sakinləri zirzəmiyə yığaraq binanı minalayıblar

BAKI, 26 mart — Sputnik. İŞİD terror qruplaşmasının silahlıları tərəfindən işğal olunmuş İraqın Mosul şəhərinin qərb hissəsində dağıdılmış binanın qalıqları altından 61 cəsəd çıxarılıb.

Bu barədə "Report" xəbər verir.

İraq hərbi komandanlığı şahidlərin söylədiklərinə əsasən, İŞİD yaraqlılarının sakinləri zirzəmiyə yığaraq binanı minaladıqlarını da xəbər verib. Hərbçilər bildiriblər ki, binanın hava zərbələri nəticəsində dağıdılmasına dair heç bir əlamət yoxdur.

"Səhra komandirlərindən ibarət hərbi ekspertlər qrupu KİV-in məlumatına görə tamamilə dağıdılmış binanı yoxlayıb. Bütün divarlar minalanıb" — deyə məlumatda vurğulanır.

Bu arada "Reuters" hərbçilərin açıqlamasının yerli hakimiyyətin və şahidlərin xəbərlərindən fərqləndiyini də bildirib. Belə ki, onların məlumatında, İŞİD yaraqlılarına qarşı yönəlmiş koalisiyanın zərbə nəticəsində uçmuş binanın dağıntıları altından 200-ə yaxın cəsədin çıxarıldığı qeyd olunur.

Xəbər lenti
0