Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Həmyerlimiz də bu fəxri siyahıdadır

Abunə olmaq
Vahid Ələkbərov 14,5 milyard dollar sərvətlə Forbes-in siyahısındadır

BAKI, 24 mart — Sputnik. Forbes jurnalı ənənəvi dollar milyarderləri siyahısını açıqlayıb. 

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, əvvəlki araşdırmalarda da birinci yerdə olan Leonid Mixelson yenə Rusiyanın ən varlı adamı olub. Təbii qaz şirkəti "Novatek" ilə qaz və neft-kimya şirkəti "Sibur"un ən böyük ortaqlarından olan Mixelsonun var-dövləti bir ildə 4 milyard dollar artaraq 18,4 milyarda yüksəlib. Mixelson Forbes-ə görə dünyanın ən varlı 46-cı şəxsidir.

Rusiyanın ən varlıları siyahsıdında ikinci yerdə isə dəmir kralı “Severstal”-ın idarə heyətinin rəhbəri Aleksey Mordaşovdur. Mordaşovun sərvəti bir ildə 6,8 milyard dollar artaraq 16,1 milyard olub.

“Forbes”ə görə Rusiyanın digər oliqarxları və onların sərvəti aşağıdaki kimidir:

Gennadi Timçenko (Volqa Qrup):16 milyard dollar

Alişer Usmanov (USM Holdinq): 15,2 milyard dollar

Vahid Ələkbərov (Lukoil):  14,5 milyard dollar

Mixail Fridman  (Alfa Group): 14,4 milyard dollar

Vladimir Potanin (İnterros): 14,3 milyard dollar

Andrey Melniçenko (SUEK): 13,2 milyard dollar

Viktor Vekselberq (Renova): 12,4 milyard dollar

Xəbər lenti
0