00:23 02 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
39110

İnsanın öz ölümünü proqnozlaşdırmağın yolu tapılıb

BAKI, 23 mart — Sputnik. Stokholm (İsveç) Universitetinin alimləri insanın öz ölümünü proqnozlaşdırmağın yolunu tapıblar. Oxu.Az The Telegraph nəşrinə istinadən xəbər verir ki, tədqiqatın müəlliflərinin fikrincə, insanın həyatdan getməsinin "qasidi" iy bilmə qabiliyyətinin itməsidir.

Mütəxəssislər 10 il ərzində 40-90 yaş arasında olan 1774 isveçli üzərində müşahidə aparıblar. Tədqiqatın əvvəlində vətəndaşlara 13 müxtəlif qoxunu müəyyən etmək üçün testdən keçməyi təklif ediblər.

Tədqiqatçılar belə qənaətə gəliblər ki, insanın ölüm ehtimalı onun qoxunu düzgün müəyyən etməsindən asılıdır. Orta hesabla bir səhv cavab ölüm riskini (tədqiqat müddətində) səkkiz faiz artması demək idi.

Alimlərin fikrincə, qoxuları düzgün müəyyən etmək qabiliyyəti beyinin sağlam fəaliyyətinin göstəricilərindən biridir. Ekspertlər hesab edirlər ki, bu qabiliyyətin pozulması birbaşa ölüm riskini artırır.

Əlaqədar

Ölümcül virus geri qayıdır?
Saqqız ölümü tezləşdirir
Azərbaycanda ucuz ölüm peyda olub
Ölümsüzlüyün sirri çözülür
Ölüdən və ölümdən qorxanların nəzərinə
Teqlər:
iy bilmə, tədqiqat, Stokholm, qoxu, ölüm, alim, insan, İsveç

Əsas mövzular