Dünyanın ən qoca milyarderi öldü

© AP Photo / Michael C. YorkDavid Rockefeller speaks at a ceremony in Mount Desert, Maine. (File)
David Rockefeller speaks at a ceremony in Mount Desert, Maine. (File) - Sputnik Azərbaycan
Abunə olmaq
O, həyatı boyu 900 mln. dollarını hədiyyə verib

BAKI, 20 mart-Sputnik. Dünyanın ən qoca milyarderi, böyük Devid Rokfeller vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, biznesmen 101 yaşında Nyu-Yorkdakı evində ölüb.
Devid Rokfeller Standard Oil şirkətinin qurucusu, Amerikanın ilk milyarderi Con Rokfellerin sonuncu nəvəsi idi.
Devid Rokfeller martın 20-də Pokantiko-Hillzdəki evində həyata əlvida edib. İki ay yarım sonra onun 102 yaşı tamam olacaqdı.

20 mart 2017-ci ildə Forbes-in açıqladığı milyarderlərin reytinq cədvəlində Rokfeller 3,3 milyard dollar vəsaiti ilə 581-ci yerdə qərarlaşıb. Forbes-in siyahısında onun adı Yer kürəsində yaşayan ən qoca milyarder kimi qeyd olunub.

Devid Rokfeller 2010-cu ildə dünyanın ən varlı insanları olan Bill Qeyts və Uorren Baffet tərəfindən təşkil edilən The Giving Pledge ("Bağışlama andı") xeyriyyə kampaniyasında iştirak edib. Bu kampaniyanın üzvləri öz vəsaitlərinin 50%-dən az olmayan hissəsini xeyriyyə işinə bəxş ediblər.

Bu proqrama qoşulana qədər Rokfeller dəfələrlə xeyriyyə işinə nəhəng bəxşişlər edib. 2005-ci ildə o, Nyu-Yorkun müasir incəsənət muzeyinə və Rokfeller Universitetinə 100 milyon dollar bağışlayıb. 2006-cı ildə Rockefeller Brothers Fund xeyriyyə fonduna 225 mln. dollar bağışlayıb. 2008-ci ildə isə 100 mln. vəsaiti Harvard Universitetinə verib. O, həyatı boyu öz vəsaitinin 900 mln. dollarını xeyriyyə işinə sərf edib.

Xəbər lenti
0