Bu il Türkiyəyə iki milyon iranlı turistin gələcəyi gözlənilir

© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
Novruz bayramı öncəsi İrandan gələn vətəndaşların sayı başqa aylara görə bir neçə dəfə artıq olur

BAKI, 17 mart – Sputnik. Türkiyə Otelçilər Birliyi (TUROB) tərəfindən hazırlanan hesabata görə, keçən il 1 milyon 665 min iranlı turist qəbul edən Türkiyəyə bu il də İrandan 2 milyona qədər turist gələcəyi gözlənilir.

Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Novruz Bayramı öncəsi İrandan gələn vətəndaşların sayı başqa aylara görə bir neçə dəfə artıq olur.

Qeyd edək ki, 2017-ci ilin ilk aylarında İrandan gələn turist sayı da keçən ilin eyni ayıla müqayisədə 10 faiz artıb.

Xəbər lenti
0