01:01 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
3812

Hollandiyanın baş naziri Mark Ruttenin sözçüsü yerli mətbuata danışıb

BAKI, 16 mart – Sputnik. Türkiyənin Baş naziri Binəli Yıldırım qatıldığı özəl televiziya proqramında Hollandiya ilə yaşanan gərginlikdən sonra bu ölkənin baş naziri Mark Ruttenin üzr istədiyini söyləmişdi. 

Sputnik Türkiyə xəbər verir ki, B.Yıldırımın “üzr istədi” açıqlamasına Hollandiyadan cavab gəlib.

Mark Ruttenin sözçüsü yerli mətbuata verdiyi şərhində deyib: “O gecə baş verənlər holland polisinin türkiyəli nazir Betul Kayanı tanımamasından irəli gəlib. Xanım Kayanın diplomat olduğu anlaşılandan sonra dərhal sərbəst buraxılıb. Baş nazir Mark Rutte türkiyəli həmkarı ilə o gecə telefonda danışanda baş verənlərin araşdırılacağına söz verib. Və əlavə edib ki, əgər yaşananlar Vyana sazişi ilə ziddiyyət təşkil etsə, Hollandiya hökuməti bundan dərin kədər duyar”. 

Əlaqədar

Hollandlar son qərarlarını verdilər
Hollandlar bu gün tarixi qərar verəcəklər
Ərdoğan Hollandiya barədə elə ifadə işlətdi ki
Teqlər:
Betul Kaya, Binəli Yıldırım, Mark Rutte, Türkiyə

Əsas mövzular