Ərdoğan Hollandiya barədə elə ifadə işlətdi ki

© REUTERS / Murat Cetinmuhurdar/Presidential Palace/HandoutПрезидент Турции Реджеп Тайип Эрдоган выступает перед своими сторонниками в Президентском дворце. Анкара, 10 августа 2016 года
Президент Турции Реджеп Тайип Эрдоган выступает перед своими сторонниками в Президентском дворце. Анкара, 10 августа 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti: "Siz kimə mədəniyyət dərsi keçirsiniz? Sizin sahib olduğunuz əxlaqı biz Bosniyadakı müsəlman qətliamında gördük".

BAKI, 14 mart – Sputnik. Hollandiya ilə yaşanan gərginliklə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni sərt bəyanatlar səsləndirib. “Biz Hollandiyanı Bosniyadakı, Srebrenitsa soyqırımında oynadıqları roldan tanıyırıq” deyən Ərdoğan, heç kim bizə mədəniyyət dərsi keçməsin söyləyib. 

Sputnik-in xəbərinə görə, hər il Türkiyədə qeyd olunan 14 mart tibb işçiləri bayramı münasibətilə prezident iqamətgahında keçirilən tədbirdə danışan Ərdoğan, Avropanın başqalarına öyüd-nəsihət vermə, mədəniyyət dərsi keçmə xəstəliyinə tutulduğunu deyib.

“Siz kimə mədəniyyət dərsi keçirsiniz? Sizin sahib olduğunuz əxlaqı biz Bosniyadakı müsəlman qətliamında gördük. Hollandiya, sənə səslənirəm, biz sizi Srebrenitsa qətliamında oynadığınız rol ilə tanıdıq” – Türkiyə prezidenti əlavə edib. 

Xəbər lenti
0