03:32 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Vertu

“Vertu” şirkətini görün hansı türk satın aldı

© Flickr / Uhdwallpapers
DÜNYA
Qısa URL
7510

Hakan Uzan Türkiyənin beynəlxalq axtarışa verdiyi “Gənc Partiya”nın rəhbəri Cem Uzanın qardaşıdır

BAKI, 13 mart – Sputnik. Mobil telefonların şahı hesab edilən və bahalı olması səbəbilə əsasən məşhur simaların işlətdiyi Vertu telefonu haqda yeni məlumat yayılıb. Belə ki, İngiltərənin “The Daily Telegraph” qəzetinin yazdığına görə, Vertu şirkəti türk sahibkar Hakan Uzana satılıb. 

Qəzetə danışan Hakan Uzanın meneceri, “Vertu ən çox tanınan güclü marka telefondur. Rəhbərimiz Hakan Uzan şirkətin potensialını daha da üzə çıxarmaq, sərmayələr qoymaq və heyətlə birgə çalışmaq üçün səbrsizlənir” deyib.  

İngilis mətbuatının yazdığına görə, Hakan Uzan şirkəti satın almaq üçün 50 milyon sterlinq pul ödəyib. 

Qeyd edək ki, Hakan Uzan Türkiyənin beynəlxalq axtarışa verdiyi “Gənc Partiya”nın rəhbəri Cem Uzanın qardaşıdır. Hətta onun özü barəsində də Türkiyədə bir neçə cinayət işi açılıb. Hər iki qardaş qanunsuz pul qazanma, vergidən yayınmada təqsirləndirilir.  

Əlaqədar

Qazanc həvəsi tabutçunu necə telefonçuya çevirdi
2017-ci ilin ən yaxşı telefonu budur
Bu telefonlarda "WhatsApp" işləməyəcək
Səhv telefon zəngi ucbatından qana düşdülər
Teqlər:
Vertu şirkəti, Gənc Partiya, Cem Uzan, Hakan Uzan, İngiltərə, Türkiyə

Əsas mövzular