Ankaradan NATO-ya təcili ismarıc

© AFP 2023 / GEORGES GOBETФлаги Турции перед штаб-квартирой НАТО в Брюсселе, фото из архива
Флаги Турции перед штаб-квартирой НАТО в Брюсселе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlu Stoltenberqdən Niderlandın anti-demokratik rəftarına münasibət bildirməsini tələb edib

BAKI, 13 mart — Sputnik. Bir sıra Avropa ölkələri ilə, xüsusilə Niderland ilə yaşanan gərginlikdən sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqə zəng vurub. Sputnik Türkiyə xəbər verir ki, telefon danışığının detalları tam açıqlanmasa da, Çavuşoğlunun Stoltenberqdən Niderlandın anti-demokratik rəftarına münasibət bildirməsini tələb etdiyi məlum olub.

Xatırladaq ki, Niderland hökuməti, Türkiyənin xarici işlər naziri M. Çavuşoğlunun Türkiyə vətəndaşları ilə görüşmək üçün Rotterdam hava limanına enişinə icazə verməyib. Hazırda iki ölkə arasında ciddi gərginlik yaşanmaqdadır.

Xəbər lenti
0