Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Baş nazir ölümdən döndü

© REUTERS / Yiannis KourtoglouBinəli Yıldırım, Türkiyənin baş naziri
Binəli Yıldırım, Türkiyənin baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Binəli Yıldırımın təcili eniş edən helikopteri böyük təhlükəni sovuşdurub

BAKI, 11 mart-Sputnik. Türkiyənin baş nazir Binəli Yıldırımın təcili eniş edən helikopteri böyük təhlükəni sovuşdurub.

Sputnik Azərbaycan haberler-ə istinadla xəbər verir ki, Binəli Yıldırımın helikopterində uçuş əsnasında pilotun baş gicəllənməsi yaşadığı, dağlara və qayalıqlara paralel uçduğu, 40 dəqiqə ərzində vertolyotun havada qaldığı ortaya çıxıb.

Türkiyənin Baş naziri bazar günü Muş gəzintisi əsnasında helikopter ilə böyük təhlükədən sovuşub. Təcili eniş etmək məcburiyyətində qalan helikopterin havada yaşatdığı qorxunun bütün detalları müəyyən olub. 

Çörək - Sputnik Azərbaycan
HADİSƏ
Çörək bişirmə sexində təhlükəli anlar

Binəli Yıldırım Muş bələdiyyə meydanında xalqa xitab etmək üçün yola çıxmadan əvvəl həm təhlükəsizlik, həm də hava vəziyyəti baxımından qiymətləndirmələr aparılıb. Meteorologiyada müsbət hesabat gəlincə yola çıxılıb. Ancaq helikopter pis hava səbəbiylə Muş hava limanına enə bilməyib və başqa əraziyə təcili eniş edib.

Uçuş əsnasında pilotda və helikopterin içindəkilərdə baş gicəllənməsi meydana gəlib. Bir neçə dəfə dağlara və qayalıqlara paralel və yaxın uçulması qorxulu anlar yaşadıb. 

Bu sırada qulaqlıqla pilotu davamlı istiqamətləndirən Yıldırım, "tapdığın ilk uyğun yerə en" təlimatını verib.

Pilot Muşun Qala məhəlləsində boş əraziyə enib. Bir metr qarla örtülü əraziyə endikdən sonra mühafizəçilər öndən gedərək yolu açıb.

Xəbər lenti
0