Trampın keçmiş müşavirinə "Türkiyəyə işləmək" ittihamı

© REUTERS / Carlos BarriaMaykl Flayn
Maykl Flayn - Sputnik Azərbaycan
Abunə olmaq
Maykl Flayn Türkiyənin maraqları naminə lobbiçilik fəaliyyətində təqsirləndirilir

BAKI, 10 mart — Sputnik. Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flayn Türkiyənin maraqları naminə lobbiçilik fəaliyyətində təqsirləndirilir. Hətta onun, bu fəaliyyəti həyata keçirmək üçün Ədliyyə Nazirliyində xüsusi qeydiyyatdan keçdiyi də bildirilib.

Donald Tramp - Sputnik Azərbaycan
Donald Tramp Ərdoğanla nəyi müzakirə etdi?

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, artıq fəaliyyətini dayandırmış "Flynn Intel Group" şirkəti türk biznesmen Kamil Alptekinin rəhbərlik etdiyi "İnovo BV" şirkətindən ötən ilin sonlarına yaxın 530 min dollar alıb. Məhz buna görə, keçmiş müşavirə məxsus firmanın fəaliyyətinə Türkiyəyə fayda gətirən iş kimi baxılır.

ABŞ-ın yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra, istefaya göndərilən məmurların xarici ölkələr üçün lobbiçilik fəaliyyətinə ömürlük qadağa qoyan qanun imzalamışdı. Xatırladaq ki, Maykl Flayn Rusiya ilə əlaqələrindən dolayı, fevralın 14-də Prezidentin təhlükəsizlik müşaviri vəzifəsindən istefa verməyə məcbur olmuşdu.

Xəbər lenti
0