02:29 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
35521

Mövlud Çavuşoğlu: "Bu günə qədər irqçi partiyalara göz yumdunuz, indi də onların əsirisiniz"

BAKI, 7 mart — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada muxtarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Görüşdə konstitusiya dəyişikliklərindən danışan nazir, 16 aprel referendumuna bir partiyaya deyil, Türkiyənin gələcəyinə səs veriləcəyi prizmasından baxmaq lazım olduğunu bildirib. Sputnik Azərbaycan bu barədə TRT-yə istinadən xəbər verir.

Rəcəb Tayyib Ərdoğan
© REUTERS / Murat Cetinmuhurdar

Sistem dəyişikliyinin Türkiyənin sabitliyi üçün olduğunu vurğulayan Çavuşoğlu deyib: "Məqsəd sabitliyin güclənməsi, qərar qəbuletmə mexanizmlərinin sürətlənməsi, bürokratik oliqarxiyanın aradan qaldırılmasıdır".

Hollandiyanın referendumla bağlı tədbirə icazə verməməsinə reaksiya göstərən nazir, Hollandiyanın irqçi partiyanın lideri Qert Vildersin əsiri olduğunu söyləyib: "Bu günə qədər irqçi partiyalara göz yumdunuz, indi də onların əsirisiniz. İndi siz də onlar kimi davranırsınız".

"Avropa hara gedir? Hanı Avropanın dəyərləri? Demokratiya, insan haqları, azadlıqlar deyirdiniz. Hamısını pozursunuz. Avropanın ortaq dəyərləri vardı. Təəssüf ki, Avropa fəlakətə, uçuruma doğru gedir. Amma biz təxminən 10 ildir ki, Avropanı xəbərdar edirik" — XİN başçısı deyib.

Çavuşoğlu irqçiliyin qarşısını almayan Avropanın İkinci Dünya Müharibəsindən əvvəlki dövrə döndüyünü qeyd edib. Türkiyə nazirlərinin Avropadakı türklərlə görüşməsininin qarşısını almağa çalışanlara da sərt təpki verən nazir əlavə edib: "Tədbirlərin keçiriləcəyi hotel və salon sahiblərinə edilən təzyiqlərə baxmayaraq, gedəcəyik, vətəndaşlarımızla görüşəcəyik".

Bu növ cəhdləri sistemli bir təzyiq kimi qiymətləndirən Çavuşoğlu təzyiqlərə dövlətin və dövlət qurumlarının da dəstək verdiyini bildirib: "Biz də lazımi tədbirləri görürük, heç kimdən qorxmuruq".

Əlaqədar

Almaniyadan Türkiyəyə çağırış
ABŞ və Türkiyə orduları qarşı-qarşıya gələ bilər - Suriya bataqlığı
Türkiyə Avropa İttifaqını böyük yükdən xilas etdi
Türkiyə "mədəni şəkildə" Rusiyanın təklifini rədd etdi
Yunanıstandan Türkiyəyə şok təhdid
Teqlər:
dəyər, təzyiq, Mövlud Çavuşoğlu, Avropa, Türkiyə, Almaniya

Əsas mövzular