01:08 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
Türkiyə-Avropa gərginliyi (24)
3601

Rəcəb Tayyib Ərdoğan: "Almaniya hökumətinin bu hərəkəti faşistlərin siyasətinə oxşayır"

BAKI, 6 mart – Sputnik. “Türkiyə ilə münasibətlərimiz çox gərgindir və normallaşması olduqca vacibdir”. 

Sputnik Azərbaycan Yeniçağ-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısından öncə jurnalistlərlə  görüşündə deyib.

“Hazırda əsas vacib məsələ iki ölkə arasında münasibətləri normallaşdırmaqdır. Hər kəs bunun üçün bütün imkanlardan istifadə etməlidir” — Qabriel bildirib.

Qeyd edək ki, Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi üçün referendum keçiriləcək. Xatırladaq ki, Almaniya Türkiyə rəsmilərinin aprelin 16-da keçiriləcək referendumla bağlı siyasi kampaniya yürütmək üçün bu ölkədə yaşayan türklərlə görüşməsinə icazə verməyib. Buna qarşılıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətinin bu hərəkətinin faşistlərin siyasətinə oxşadığını söyləyib.

Mövzu:
Türkiyə-Avropa gərginliyi (24)

Əsas mövzular