20:07 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
306111

Menbiç şəhərinə nəzarət hazırda ABŞ-ın dəstək verdiyi, ancaq Türkiyənin terrorçu təşkilat olaraq tanıdığı PYD-nin əlindədir

BAKI, 2 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan dönəndə təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, türk ordusunun Suriyadakı planlarına dair olduqca önəmli açıqlamalar verib.

Sputnik Azərbaycan Türkiyə NTV-nə istinadən xəbər verir ki, Ərdoğan Əl-Babın azad edilməsindən sonra növbədə Menbiç şəhərinin olduğunu deyib.

"Əl-Babdan sonrakı istiqamət Menbiç olacaq. O ərazi PYD terror təşkilatına buraxılmayacaq. Əgər Rusiyadan tələb gələrsə, Menbiç əməliyyatını birgə icra edə bilərik" — prezident deyib.

Xatırladaq ki, Menbiç şəhərinə nəzarət hazırda ABŞ-ın dəstək verdiyi, ancaq Türkiyənin terrorçu təşkilat olaraq tanıdığı PYD-nin əlindədir.

Əlaqədar

Ərdoğan-Putin görüşünün vaxtı dəqiqləşdi
Ərdoğan: "Əl-Bab mühasirəyə alınıb"
Ərdoğan ilə Tramp arasında telefon danışığı olacaq
Ərdoğan: "ABŞ-a "dost" deməyə dilim gəlmir"
Teqlər:
Menbiç, ABŞ, PYD, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya, Suriya, Türkiyə

Əsas mövzular