05:36 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
DÜNYA
Qısa URL
328

Yeni prezidentin seçki kampaniyasının Rusiya isə əlaqələri araşdırılacaq

BAKI, 2 mart — Sputnik. ABŞ Konqresinin respublikaçı və demokratlardan ibarət komitəsi, yeni prezident Donald Trampla bağlı istintaq başlamasına qərar verib. Komitə Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələrinin olub-olmadığını araşdıracaq.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının kəşfiyyat xidmətinə məsul olan heyəti, Rusiyanın 2016-cı ildəki seçkilərə müdaxilə edib-etmədiyini araşdıracaq. Respublikaçılar indiyədək demokratların istintaq tələbinə istəksiz yanaşırdılar. Lakin son yaşananlar respublikaçı senatorlarda Trampa qarşı ciddi şübhələr yaradıb.

Belə ki, bir ay əvvəl yeni prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flayn, rus kəşfiyyatı ilə əlaqələri üzə çıxdıqdan sonra istefa verməyə məcbur olmuşdu. Son olaraq, Donald Tramp administrasiyasında yer alan, ABŞ-ın ədliyyə naziri Ceff Seşonun da Rusiya ilə əlaqələri üzə çıxıb. Onun Vaşinqtondakı rus səfir Sergey Kislyak ilə prezident seçkilərindən öncə iki dəfə görüşdüyü üzə çıxıb. Ceff Seşon hələlik istefa verməsə də, onun vəzifədə uzun müddət qalmayacağı iddia edilir.

Əlaqədar

Tramp qalmaqallı qərarını dəyişdi
Ekpert: “Trampın yanaşması Amerika demoktariyasına ziddir”
Məhəmməd Əlinin oğlu: “Əgər atam həyatda olsaydı Donald Trampın...”
Tramp ABŞ-ın müdafiə xərclərini artırdı
Donald Trampın devrilməsi planı açıqlandı
Donald Tramp Bakı görüşündən çox razı qalıb
Tramp: "İŞİD xərçəng şişidir"
Donald Trampın ətrafında "hörümçək toru"
Teqlər:
Konqres, Donald Tramp, Rusiya, kəşfiyyat, ABŞ, səfir

Əsas mövzular