22:07 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
2701

Bu barədə təklifi Neapol meri Luici De Magistrislə görüşdə Neapol-Bakı assosiasiyasının vitse-prezidenti Elnur Camalxanov səsləndirib

BAKI, 28 fev — Sputnik. Fevralın 28-də Neapol-Bakı Assosiasiyasının təşəbbüsü ilə İtaliyada Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Qonaqları salamlayan Neapol meri bu görüşdən məmnunluğunu ifadə edərək İtaliya-Azərbaycan dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə möhkəmlənməsindən danışıb. Neapol meri Azərbaycanla İtaliya arasında turizm əlaqələrinin inkişafı üçün hər iki ölkə arasında birbaşa təyyarə reysinin açılmasını vacibliyini vurğulayıb.

Assosiasiyanın prezidenti Cüzeppe Kaniqlia təşkilatın bu günə qədər olan fəaliyyətindən qısa söhbət açıb. Bildirib ki, assosiasiya yarandığı 2014-cü ildən indiyədək İtaliya ilə Azərbaycan arasında mədəni iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsində yaxından xidmət göstərib, bir sıra tədbirlərin təşkilatçısı olub. 

Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Məmməd Əhmədzadə səmimi qəbul üçün Neapol meri Luici De Magistrisə dərin təşəkkürünü bildirib. Səfir İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin tarixi köklərə bağlı olduğunu deyib. O, həmçinin 1992-ci il fevralın 26-da ermənilər tərəfindən törədilən bəşəriyyətin ən amansız və qanlı faciələrindən olan Xocalı soyqırımı və orada həlak olan günahsız insanlar barədə Neapol merinə ətraflı məlumat verib. Bildirilib ki, erməni terrorçularının Azərbaycana təcavüzü nəticəsində 20 faiz torpaqlarımız işğal olunub, 1 milyona yaxın insan öz doğma yurd yuvalarından didərgin düşüb. 

Neapol-Bakı Assosiasiyasının təşəbbüsü ilə İtaliyada Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib
© Photo : Elnur Camalxanov
Neapol-Bakı Assosiasiyasının təşəbbüsü ilə İtaliyada Neapol meri Luici De Magistrislə Azərbaycan nümayəndə heyəti arasında işgüzar görüş keçirilib

Assosiasiya tərəfindən tədbirə dəvət olunan millət vəkili Qənirə Paşayeva da nümayəndə heyətinə xüsusi diqqət göstərdiyi üçün Neapol merinə minnətdarlıq edib. O, erməni vəhşiliyi nəticəsində törədilən Xocalı qətliamının İtaliya ictimaiyyətinə çatdırılmasında Neapol merinin də xüsusi dəstəyinə ehtiyac olduğunu vurğulayıb.

Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov İtaliyanın ən böyük ticarət tərəfdaşı kimi Azərbaycanın yaxın dostu olduğunu bildirib. Bu dostluq əlaqələrinin yeni mərhələsinin Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərindən başladığını prezidentliyi dövründə isə daha da möhkəmləndiyini diqqətə çatdırıb. Neapol və Bakı arasında qardaşlaşma protokolunun imzalanmsı da məhz bu dahi şəxsiyyətin hakimiyyət illərinə təsadüf etdiyini xatırladıb. Nitqinin sonunda o, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə Neapolda abidə ucaldılması təklifini irəli sürüb. 

Sonda xatirə şəkli çəkdirilib, merə hədiyyələr təqdim olunub.

Əlaqədar

Ermənistan Xocalı soyqırımı ərəfəsində qəsdən təxribatlar törədir
Azərbaycan Xocalı soyqırımının 25-ci ildönümünü qeyd edib
Xocalı Soyqırımının 25-ci ildönümü Lənkəranda da anıldı
Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub
Teqlər:
Neapol-Bakı Assosiasiyası, Elnur Camalxanov, Qənirə Paşayeva, Məmməd Əhmədzadə, Neapol, İtaliya, Azərbaycan, Bakı

Əsas mövzular