QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

NATO baş katibi Azərbaycan və Ermənistana müraciət edib

© REUTERS / Francois LenoirГенеральный Секретарь НАТО Йенс Столтенберг
Генеральный Секретарь НАТО Йенс Столтенберг - Sputnik Azərbaycan
Abunə olmaq
NATO baş katibi: “Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq”

BAKI, 27 fev — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanla Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları bərpa etməyə çağırıb.

Sputnik Azərbaycan-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bildirib.

“Gərginliyin qarşısını almaq vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Biz Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırırıq” — Stoltenberq qeyd edib.

O həmçinin vurğulayıb ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Xəbər lenti
0