Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə "mədəni şəkildə" Rusiyanın təklifini rədd etdi

© AFP 2023 / Kirill KUDRYAVTSEVSuriya sülh danışıqları, arxiv şəkli
Suriya sülh danışıqları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Boqdanov: "PYD məsələsində Rusiya ilə eyni düşüncədə olmamağımız Suriyadakı əməkdaşlığımıza mane deyil"

BAKI, 27 fev – Sputnik. Rusiya, Cenevrədəki Suriya danışıqlarına kürd silahlılardan ibarət PYD-nin də qatılmasını istəyir. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov açıqlama verib. Boqdanov, Cenevrədəki Suriya danışıqlarına kürd nümayəndələrin də qatılmasının lazım olduğunu ifadə edib.

“Müxaliflərin ortaq nümayəndə heyətini tezliklə quracağını ümid edirik” – deyə Mixail Boqdanov bildirib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öncəki çıxışlarının birində Cenevrə danışıqlarının kürdlərin iştirakı olmadan uğursuzluqla nəticələnəcəyini söyləmişdi.

Rusiyadan PYD ilə bağlı edilən bəyanata, Türkiyənin prezident iqamətgahından şərh verilib. Bu barədə Ərdoğanın baş müşaviri İlnur Çevik açıqlama verib.

Açıqlamada deyilir: “PYD məsələsində Rusiya ilə eyni düşüncədə olmamağımız Suriyadakı əməkdaşlığımıza mane deyil. Biz Türkiyə dövləti olaraq, kürdlərlə problem içərisində deyilik. Bizim problemimiz kürd nüfuz içərisindəki terror təşkilatları ilədir. PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edirik. Ancaq təkrar edirəm, PYD mövzusunda Moskva ilə aramızda olan fikir ayrılığı Suriyadakı əməkdaşlığımıza əngəl törətmir”

Xəbər lenti
0