Yunanıstandan Türkiyəyə şok təhdid

© AFP 2023 / THIERRY CHARLIER Yunanıstanın müdafiə naziri Panos Kammenos
Yunanıstanın müdafiə naziri Panos Kammenos - Sputnik Azərbaycan
Abunə olmaq
Panos Kamennos: "Yunan adasına ayaq basan türklər vurulacaq"

BAKI, 27 fev — Sputnik. Yunanıstanın müdafiə naziri Panos Kammenos türk əsgərlərini ölümlə təhdid edib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir.

Egey dənizində yerləşən və iki ölkə arasında mübahisəli torpaq olaraq bilinən "Kardak" adaları ilə bağlı açıqlama verən yunan nazir, Türkiyə hərbçilərinin adaya ayaq basacaqları halda vurulacaqlarını deyib: "Yunan adasına ayaq basanlar, oradan geri dönə biləcəklərmi — baxıb görərik".

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Baş Qərargah rəisi Hulusi Akarın istədiyi zaman Kardak adalarına ayaq basa biləcəyini söyləmişdi.

Xəbər lenti
0