Terrorçuların kütləvi məzarlığı aşkarlandı

© Sputnik / Andrey SteninThe flag of the radical Islamist organization Islamic State of Iraq
The flag of the radical Islamist organization Islamic State of Iraq - Sputnik Azərbaycan
Abunə olmaq
İraqda 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar olunub

BAKI, 25 fev — Sputnik. İraqın Mosul şəhəri yaxınlığında təqribən 4 min cəsədin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. Sputnik Azərbaycan bu barədə Report-a istinadən xəbər verir.

Qəzet yazır ki, böyük çala Mosul ilə İraqın paytaxtı Bağdadı birləşdirən yol yaxınlığındakı Hasfa rayonundadır.

İŞİD terrorçuları 2014-cü ildə əsir götürdükləri İraq hərbçi və polislərini qətlə yetirərək bu çalada basdırıblar. Yerli sakinlərin sözlərinə görə, sözügedən qətllər İŞİD 2014-cü ilin yayında Mosulu ələ keçirdikdən 6 ay sonra baş verib.

Şahidlərin məlumatına görə, qurbanların əksəriyyəti güllələnib. Çalanın dərinliyi isə 400 metrdən çoxdur.

Xəbər lenti
0