Bu ölkə BMT-də səsvermə hüququnu itirdi

© AFP 2023 / DOMINICK REUTER Флаги стран мира перед штаб-квартирой ООН
Флаги стран мира перед штаб-квартирой ООН - Sputnik Azərbaycan
Abunə olmaq
BMT Venesuelanı səsvermə hüququndan məhrum edib

BAKI, 25 fev — Sputnik. Venesuela üzvlük haqqının ödənilmədiyi səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.

Sputnik Azərbaycan-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Srefan Düjarrik bildirib.

“BMT-nin Xartiyasına uyğun olaraq, hazırda 6 ölkə səsvermə hüququndan məhrumdur. Bunlar Kabo-Verde, Liviya, Papua-Yeni Qvineya, Sudan, Vanautu və Venesueladır” — deyə S. Düjarrik bildirib.

BMT-yə 24 milyon dollar borcu olan Venesuela son üç il ərzində ikinci dəfədir ki, səsvermə hüququndan məhrum edilir. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzvlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.

Xəbər lenti
0