Nüfuzlu telekanalın nümayəndəsini Trampın brifinqinə buraxmadılar

© REUTERS / Carlos BarriaБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Telekanaldan verilən məlumata görə, "əvvəllər belə bir şey olmayıb, Ağ Ev isə baş verənlərə izahat gətirməyib"

BAKI, 25 fev — Sputnik. ABŞ-ın bir sıra nüfuzlu media orqanlarının nümayəndələri prezident Donald Trampın dünən Ağ Evdə keçirdiyi mətbuat konfransına buraxılmayıblar. Sputnik Azərbaycan bu barədə CNN-ə istinadən məlumat verir.

Məlumata əsasən, bu siyahıda CNN, New York Times, Politico, Los Angeles Times və digər KİV-in adları var.

"Zalın girişində məni Ağ Evin əməkdaşı saxladı və adımın siyahıda olmadığını bildirdi" — deyə Ağ Evdə akkreditə olunmuş CNN əməkdaşı bildirib.

Telekanaldan verilən məlumata görə, "əvvəllər belə bir şey olmayıb, Ağ Ev isə baş verənlərə izahat gətirməyib".

Daha öncə Donald Tramp CNN və New York Times daxil olmaqla bir sıra media quruluşlarını yalan xəbərlər verməkdə günahlandırıb.

Qeyd edək ki, Ağ Evdə hər cümə günü keçirilən brifinqin forması da dəyişib. Belə ki, dünən "kameralarsız brifinq" keçirilib və tədbir yayımlanmayıb.

Xəbər lenti
0