CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türk alverçisi azərbaycanlı jurnalistə: “Get onu da yaz ki...”

© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbulda 5 gün: 1-ci gün

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 fev – Sputnik. Deyirlər İstanbul iki nəfərlik şəhərdi. Yanında sevgilin yoxdursa, onun gözəlliyinin fərqinə vara bilməzsən. Bəlkə də elədir, bəlkə də yox… Bu yazıda isə İstanbulun gözəlliklərindən deyil, reallıqlarından danışacağam. 

Bu dəfə İstanbul səfərim “Sabiha Gökçen” hava limanından başladı. Niyə məhz “Sabiha Gökçen”dən? Öncə etiraf edim ki, son zamanlar İstanbulda ard-arda baş verən terror hadisələri mənim də gözümü qorxutmuşdu. Nə qədər qəribə olsa da, terror hadisələri daha çox İstanbulun Avropa hissəsində baş verir. “Sabiha Gökçen” hava limanının yerləşdiyi Asiya hissəsi isə mərkəzdən uzaq olsa da, sakit, səssiz bir yerdir. Buranı təhlükəsiz də adlandırmaq olar. 

© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
1/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
2/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
3/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
4/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
5/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
6/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
7/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
8/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
9/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
10/11
İstanbul
© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
11/11
İstanbul
1/11
İstanbul
2/11
İstanbul
3/11
İstanbul
4/11
İstanbul
5/11
İstanbul
6/11
İstanbul
7/11
İstanbul
8/11
İstanbul
9/11
İstanbul
10/11
İstanbul
11/11
İstanbul

İstanbul məni qarla qarşıladı. Hava soyuq olduğu üçün mehmanxanaya daha tez çatmağa can atırdım. Hava limanından çıxan kimi sıraya düzülmüş taksi sürücləri öz xidmətlərini təqdim edir. Amma qiymətlər çox baha olduğundan, seçimim adambaşına 5 lirəyə başa gələn hava limanı avtobusu oldu. Bir saata dəniz limanına çatdıq. Burdan Avropa hissəsinə keçid isə cəmi yarım saatımızı aldı.

Otelə çatdıq. “Sultan Əhməd” məscidi yaxınlığında kiçik, amma səliqəli və sakit bir oteldə yer götürdük. 

Və İstanbul səfərimiz başladı. Öncə onu qeyd edim ki, dollar alqı-satqısı məntəqələrində daha əvvəlki kimi “komisyon” götürmürlər. Amma dollar dəyişəndə gərək tələsməyəsən. Xüsusən də hava limanında dollar dəyişməyin. Çünki orada dollar dəyişmək sizi 20-30 lirə zərərə sala bilər. Mən İstanbulda olduğum zaman dolların məntəqələrdə satışı 3.70-3.91 arası dəyişirdi. Hə, bir də ki, dollarınızı bir az baha dəyişmək istəyirsinizsə, məntəqəyə səhər saatlarında yaxınlaşmalısınız. Çünki günün sonunda qiymət çox aşağı düşür. 

Antalya - Sputnik Azərbaycan
CƏMİYYƏT
Turistləri ovsunlayan Antalya: bu qeydlər işinizə yarayacaq

İstanbulda geyim ucuz, nəqliyyat və qida isə çox bahadır. Məsələn, 150 lirəyə 2 nəfər oturub günorta yeməyi yeyə bilər və elə həmin 150 lirəyə bir adam bütün qış geyimlərini ala bilər. 

İstanbulun əhalisi 16 milyondan çoxdur. Turizm ölkəsi olduğu üçün burada bütün millətlərin nümayəndələrinə rast gələ bilərsən. Rus, moldovan, zənci, yapon, çinli, özbək… İstanbul hər kəsin maraq çərçivəsindədi.  

“Kapalı çarşı”, “Mısır çarşısı”, “Laleli pazarı” kimi alış-veriş yerlərində mal çox, alıcı isə barmaqla sayılacaq qədərdir. Bundan satıcılar da narahatdır. Hətta jurnalist olduğumuzu bilən bəzi satıclar təklif etdi ki, Azərbayacan qayıdanda “esnaf  batıyor” (satıclar batır – red.) adlı yazı hazırlayım.

Satıcı Murad deyir ki, havaların soyuq keçməsi, müəyyən səbəblərlə görə ölkəyə turist axının azalması bazarlarda alverin zəifləməsinə də səbəb olub. “Gəlib baxırlar, amma heç nə almırlar” — deyir satıcı. 

Sonaxanım - Sputnik Azərbaycan
CƏMİYYƏT
Həyatı faciəyə çevrilmiş qadın: "Məni bura Gülər Əhmədova gətirdi"

Çərəz alverçisi Səbri də alıcı azlığından şikayətçidir. Deyir: “Mal çox, alan yox. Sadəcə soyuqda donuruq. Amma işləmək, evə çörək aparmaq məcburiyyətindəyik”. Səbrinin sözlərinə görə, hal-hazırda ən çox ərəblər, ruslar alverə meyillidir.  

Türkiyənin “keçi pendiri” haqqında çox eşitmişdim. İlk dəfə bu bazarda gördüm. Satıcı Hüseyin deyir ki, keçi pendiri təbii məhsul olmaqla yanaşı, sağlamlıq üçün də faydalıdır: “Pendiri hazırlamaq uzun müddətə başa gəlir. Və pendir keçinin dərisinin içində saxlanılır. Bir il sonra hazır olur. Bundan sonra açırıq, tüklərini təmizləyib satırıq”. Pendirin kiloqramı isə 53 lirədir. Satıcı deyir ki, bunu da daha çox əcnəbilər alır. 

Пляж одного из курортов Антальи - Sputnik Azərbaycan
Rus turistlər 2017-ci ildə Türkiyəyə getmək üçün növbəyə durublar

Məşhur filmdə deyildiyi kimi olmasın, amma İstanbula gələsən, Taksimə — İstiqlal küçəsinə getməyəsən, günah olar. Mən də yolumu Taksimdən saldım. Burada gəzəndə istər-istəməz içindən bir qorxu keçir. Ətraf əcnəbilərlə doludur. Heç kim bir-birinin danışığını başa düşmür. Bir tərəfdə küçə musiqiçiləri, bir tərəfdə səyyar alverçilər, bir tərəfdə suriyalı dilənçilər…

Qalata qalası İstanbulun simvollarındandır. Deyilənə görə, 528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən Fənər Qalası adı altında inşa edilib. Qala bu günə qədər müxtəlif tarixlərdə bərpa edilərək, yenilənib.

Qala türklərin əlinə keçdikdən sonra ona xüsusi diqqət ayrılıb, uçmağa qoyulmayıb. Bir zamanlar bu qala xristian əsirlərin sığınma yeri kimi də istifadə edilib. Qala sonuncu dəfə 1967-ci ildə əsaslı təmir edilərək, indiki görkəmini qazanıb. 

Qalata qalası da əcnəbilərin ən çox sevdiyi abidələr arasındadır. Qalata körpüsündən bura yol uzaq olduğu üçün “Funikulyor” vasitəsilə Qalata qalası olan əraziyə qalxmaq mümkündür. Bu da cəmi 2,50 lirəyə başa gəlir. 

Kəmər bazarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Qardaşıq, gözüm üstündə yerin var, amma malın qiyməti budur"

Qalata körpüsü hər zaman balıqçılarla bol olur. Kim ki darıxdı, kimin ki pulu olmadı, bura gəlib balıq tutur. Balıqçı Salim deyir ki, balıq tutmaq əsəbləri sakitləşdirir: “Siqaret baha və sağlamlığa zərərlidir. Amma balıq tutmaq asan və qazanclıdır.  Əsəblərimi sakitləşdirmək üçün balıq tutmağa üstünlük verirəm. Ara-sıra pul da qazanıram. Tutduğum balıqlardan evə də aparıram, satıram da, hədiyyə də edirəm”.

İstanbul dedikdə çox adamın ağlına dadı damaqdan getməyən “balık ekmek” gəlir.  Eminönündə balıq-çörək satan xüsusi restoran və kafelər fəaliyyət göstərir. Ürəyi balıq-çörək istəyən 8 lirə verib yeməyini dəniz kənarında, açıq havada da yeyə bilər.

Onu da qeyd edim ki, 5 günlük İstanbul səfərində yediyim ən dadlı yemək elə balıq-çörək oldu.  

Eminönünün xüsusi bir özəlliyi də var. Yay-qış burada qovurulmuş şabalıd, qarğıdalı, təzə smit satan səyyar satıcılara rast gələ bilərsən. Qiymətlər eyni olsa da, burada da  məhsulların keyfiyyəti satıcıların vicdanına bağlıdır. 

Antalya - Sputnik Azərbaycan
CƏMİYYƏT
Çalışın, Türkiyədə xəstələnməyin...

İstanbulda açıq havada canlı türk xalq musiqisi və səmavi rəqslərin olduğu restoranlardan biri diqqətimi çəkdi. Qiymətlər çox baha olsa da, canlı musiqi dinləmək, səmavi rəqsləri izləmək verdiyin pula dəyər.    

İstanbulun metrosu da fərqlidir. Çünki burada metroya minmək üçün 30 metr yerin altına düşürsən. Metroya enən liftdə mərtəbə 9 göstərir. Bu da o deməkdir ki, yerin 9 qat dərinliyində olursan.  

(Ardı var)

Xəbər lenti
0