Timsah ovunun faciəli sonu

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidTimsah
Timsah - Sputnik Azərbaycan
Abunə olmaq
Olduqca sakin görünən timsah, it ona yaxınlaşar-yaxınlaşmaz anidən hücuma keçir və iti suya tərəf çəkir. Sahibi nə qədər qışqır-bağır salsa da itini timsaha yem olmaqdan xilas edə bilmir.

BAKI, 22 fev – Sputnik. Sosial şəbəkələrdə izlənmə rekordları qıran bu görüntülər Meksikada lentə alınıb. Həvəskar kamera tərəfindən qeyd edilən videoda bir ev itinin timsaha necə yem olduğu görülür. 

Belə ki, bir nəfər naməlum şəxs çayda üzən timsahın ətrafına ip ataraq onu tutmağa çalışır. Bir neçə saniyədən sonra həmin şəxsin özü ilə birlikdə gətirdiyi it də kameraya düşür. İt timsah tərəfə yaxınlaşmağa başlayır. Olduqca sakin görünən timsah, it ona yaxınlaşar-yaxınlaşmaz anidən hücuma keçir və iti suya tərəf çəkir. Sahibi nə qədər hay-küy salsa da, itini timsaha yem olmaqdan xilas edə bilmir.  

Sputnik Azərbaycan Mynet-ə istinadən həmin videonu təqdim edir:

Xəbər lenti
0