İran bölgədə məzhəbçi siyasət aparır?

© AFP 2023 / ATTA KENAREСпикер министерства иностранных дел Ирана Бахрам Касеми
Спикер министерства иностранных дел Ирана Бахрам Касеми - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “Bütün siyasi ritorikalara baxmayaraq Ankara və Tehran yenə də dialoq üçün yer saxlayır”

BAKI, 21 fev – Sputnik. “Rəsmi Tehran İranı tənqid edən ölkələri ittiham etməkdənsə, bölgədəki siyasətini gözdən keçirsə yaxşıdır. Çünki region dövlətləri İrandan bunu gözləyir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Müftüoğlu iranlı həmkarı Bəhram Qasıminin Türkiyəyə qarşı ittihamlarına cavab verərkən deyib. 

“Bölgədəki böhranlar səbəbi ilə ölkəsinə qaçqın olaraq sığınan insanları belə müharibə zonalarına göndərməkdən çəkinməyən bir ölkənin regiondakı gərginliyə və qeyri-sabitliyə görə məsuliyyəti başqalarının üzərinə atmasını anlamaq mümkün deyil. Maraqlıdır ki, İran bölgədə yürütdüyü siyasətinin təqdir edildiyini və ədalətli olduğunu iddia edir. Ancaq BMT və İslam Əməkdaşlıq Təşkilatı tamam başqa şeylər söyləyir” — Türkiyə rəsmisi əlavə edib. 

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hüseyn Müftüoğlu - Sputnik Azərbaycan
Türkiyə-İran münasibətlərində inanılmaz gərginlik

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir neçə gün əvvəl jurnalistlərlə görüşündə, İranın xarici siyasətini tənqid edərək, rəsmi Tehranın bölgədə məzhəbçilik yaydığını söyləmişdi. Prezident Rəcəb Tayyib Ərdoğan da İranı bölgədə məzhəbçilik adı altında fars millətçiliyi ideologiyasını yaymaqda ittiham etmişdi. 

Bununla bağlı açıqlama verən İran XİN sözçüsü Bəhram Qasımi, Ərdoğanı kobud olmaqda təqsirləndirmişdi: “Cənab Ərdoğan, İran dövlətinin regionda sülhü qorumaq üçün nələr etdiyini çox yaxşı bilir. Bunu bölgə rəhbərləri arasında hamıdan yaxşı elə Ərdoğan özü bilir. Bölgədəki terror təşkilatlarını gizli və açıq şəkildə dəstəkləmək, başqa ölkələrin ərazi bütövlüyünü kobudcasına pozmaq gələcək adına olduqca təhlükəlidir”. 

Mövzunu Sputnik Azərbaycan-a politoloq Fikrət Sadıxov dəyərləndirib:

“Bu iki ölkə arasında regionda rəqabət hər dövrdə olub. Düzdür, axır zamanlar bunlar arasında müəyyən yumşaqlıq hiss olunurdu. Çünki bəzi maraqlar üst-üstə düşürdü. Müəyyən prioritetlər dəyişilmişdi. Misal üçün, Türkiyə sırf qərbyönlü siyasətdən faktiki olaraq imtina edib. Ankara öz xarici siyasətini artıq müstəqil təyin etməyə başlayıb. Son zamanlar ABŞ və Avropa İttifaqı ilə məsafə saxlayır. Əlbəttə bu da Tehranın Ankaraya olan baxışında pozitivlik yaradıb. Ancaq görünür, Türkiyənin İranla münasibətlərində bir sıra yaralı yerlər var ki, o yara hələ tam qapanmayıb. Və hər iki tərəf bir-birlərini ittiham etməyə davam edir. Türk rəsmilərin dilə gətirdiyi “İran bölgədə məzhəbçi siyasət aparır” fikri təbii olaraq rəsmi Tehranı qıcıqlandırır və reaksiya verməyə məcbur edir. Lakin mən düşünmürəm ki, bu gərginlik hansısa ciddi münaqişəyə səbəb olsun. Bu sadəcə olaraq, qarşılıqlı diplomatik jestlərdir və böyük ehtimalla uzun müddət davam etməyəcək”. 

Тогрул Исмаил, профессор университета TOBB (Анкара) - Sputnik Azərbaycan
Politoloq: Yaxın Şərqdə məzhəb qarşıdurması yaratmağa çalışırlar

“Bütün bu siyasi ritorikalara baxmayaraq tərəflər yenə də dialoq üçün yer saxlayırlar. Çünki hər şeydən əvvəl onları buna vadar edən xarici risklər və təhlükələr var”. Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında siyasi şərhçi İlqar Vəlizadə deyib.

“Bu hadisə göstərir ki, Türkiyə-İran arasında yüzilliklərlə olan rəqabət indi yeni formada və yeni siyasi reallıqları özündə ehtiva edərək reallaşır. Əslində heç kəs gözləmirdi ki, yaranmış vəziyyətdə bu ölkələr arasında həyata keçirilən dialoq problemsiz həyata keçiriləcək. Bütün bu siyasi ritorikalara baxmayaraq tərəflər yenə də dialoq üçün yer saxlayırlar. Çünki hər şeydən əvvəl onları buna vadar edən xarici risklər və təhlükələr var. Türkiyə və İran çox yaxşı anlayır ki, bu risklər və təhlükələrlə effektli mübarizə aparmaq təkbaşına mümkün deyil” – Vəlizadə bildirib. 

Xəbər lenti
0