15:39 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
36311

Sözügedən tədbirdə Azərbaycan, Türkiyə, İran, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Kipr və s. ölkələrin kənd təsərrüfatı üzrə səlahiyyətli nümayəndələri iştirak edib

BAKI, 20 fev – Sputnik. 16-17 fevral 2017-cı il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Ankarada İƏT/FAO-nun Ərzaq Təhlükəsizliyinə dair Regional Proqramın həyata keçirilməsi üzrə İƏT-in Regional Əlaqələndirmə Mərkəzinin (ECO-RCC) 2-ci Rəhbər Komitə Proqramının iclasında iştirak edib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Fitosanitar Nəzarəti Xidmətin mətbuat xidmətindən məlumat verilib. 

Sözügedən tədbirdə həmçınin Türkiyə, İran, Türkmənistan, Tacikistan, Qırğızıstan, Pakistan, Əfqanıstan, Kipr və s. ölkələrin kənd təsərrüfatı üzrə səlahiyyətli nümayəndələri iştirak edib.

İclas çərçivəsində milli ərzaq təhlükəsizliyi Proqramının inkişafına dair təqdimatlar keçirilməklə yanaşı, ECO- RCC-nın iş prinsiplərinin təhlili və təsdiqi və üzv dövlətlərin ehtiyaclarının qiymətləndirilməsi məqsədi ilə RPFS-ın aparıcı komponentləri olan buğdanın keyfiyyətinin yaxşılaşdırılması üzrə əlaqələndirilmiş tədqiqat, regional toxum tədarükünün gücləndirilməsi, ziyanvericilərə qarşı mübarizə tədbirləri, otlaqların bərpası, inkişafı və s. mövzularda müzakirələr aparılıb. 

Tədbirdə üzv dövlətlərdə ərzaq təhlükəsizliyinin vəziyyəti müzakirə edilib, mövcud problemlərin aradan qaldırılması məqsədilə regionda qlobal layihələrin həyata keşirilməsinin zəruriliyi bildirilib.

Səfər çərçivəsində C.Quliyev Tarım araşdırmaları və Politikaları Genel müdiri Nevzat Birşik, Torpaq, Gübrə və Su qaynaqları İnstitutunun müdiri Aynur Özbahçe, Qida,Tarım və Heyvançılıq Bakanlığının Avropa Birliyi və Dış İlişkilər Genel müdiri Ali Recep Nazlı, Qida,Tarım və Heyvançılıq Bakanlığının Genel müdiri Muharrem Selçuk və Bitki Sağlığı və Karantina Dairə Başkanı Murat Şahinlə görüşərək kadr hazırlığı, bitki mühafizəsi və karantini sahəsində əlaqələrin genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələlərini müzakirə edib, o cümlədən Ulusal Qida Referans laboratoriyasının, Zirai Mücadile Merkez Araştırma İnstitutunun Toxum Bangının və Biotexnoloji Araştırma Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Əlaqədar

Ərzaq oğurlayıb, amma oğru deyil
Ərzaq məhsullarının qiymətləri qalxıb
Böyük ölçüdə ərzaq tələbatımızı özümüz təmin edirik, qalır taxıl...
Teqlər:
Ərzaq təhlükəsizliyinin müzakirəsi, Kənd Təsərrüfatı Nazirliyi, Aynur Özbahçe, Nevzat Birşik, Camal Quliyev, Pakistan, Qırğızıstan, Ankara

Əsas mövzular