Hitlerin "kütləvi qırğın silahı" satıldı

© AFP 2023 / PATRIK STOLLARZAdolf Hitler'in telefonu
Adolf Hitler'in telefonu - Sputnik Azərbaycan
Abunə olmaq
Arxasında Hitlerin adı və Nasist Partiyasının simvolu qeyd olunan telefon üçün hərrac 100 min dollardan başlayıb

BAKI, 20 fev — Sputnik. İkinci Dünya Müharibəsinin səbəbkarı olaraq bilinən Almaniyanın faşist lideri Adolf Hitlerin telefonunun hərraca çıxarılacağı haqda xəbər vermişdik. Artıq telefon satılıb — 243 min dollara.

Telefon, arxiv şəkli - Sputnik Azərbaycan
Hitlerin "kütləvi qırğın silahı" satışa çıxarılır

ABŞ-ın Merilənd əyalətində hərraca çıxarılan qırmızı rəngli tarixi telefonu, adının açıqlanmasını istəməyən bir nəfər alıb. Sputnik Türkiyə xəbər verir ki, arxasında Hitlerin adı və Nasist Partiyasının simvolu qeyd olunan telefon üçün hərrac 100 min dollardan başlayıb.

Qeyd edək ki, telefon 1945-ci ildə Hitlerin intihar etməsindən sonra sovet əsgərləri tərəfindən yeraltı sığınacaqda tapılmışdı. Həmin telefon "kütləvi qırğın silahı" olaraq xarakterizə edilir və Hitlerin bu telefonla verdiyi əmrlərin müharibə zamanı bir çox insanın həyatına son qoyduğu diqqətə çatdırılır.

Xəbər lenti
0