Onlar Yer kürəsinə qayıdırlar — az qaldı

© AFP 2023 / NATALIA KOLESNIKOVA Rusiyanın Xantı-Mansiysk şəhərində bürüncdən mamont heykəlləri
Rusiyanın Xantı-Mansiysk şəhərində bürüncdən mamont heykəlləri - Sputnik Azərbaycan
Abunə olmaq
Nəsli kəsilmişləri həyata qaytarmaq üçün onların genetik kodlarını almaq lazımdır

BAKI, 18 fev — Sputnik. Alimlər söz veriblər ki, iki ildən sonra mamontlar Yer kürəsində yenidən peyda olacaqlar. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Elmin İnkişafı Universitetinin əməkdaşları xəbər veriblər.

Zürafə və aslanlar, arxiv şəkli - Sputnik Azərbaycan
Otyeyən heyvan aslanları pərən-pərən saldı

Alimlər bəyan ediblər ki, fillərlə onların qədim əcdadlarının hibridinin yaradılması üçün eksperimentlərə başlamaq niyyətindədirlər. Artıq bu eksperimentə hazırlıq işləri görülür.

Belə ki, mütəxəssislər eksperimentin başlanğıcında xüsusi alətlərin və kompüter modelləşməsinin köməyi ilə Asiya filləri ilə mamontların DNK-sının hibridini yaradacaqlar. Alimlər bildiriblər ki, onlar bu canlını mammophant adlandıracaqlar.

Tədqiqatçıların sözlərinə görə, əgər mammophantın alınması ilə bağlı eksperimentlər uğurla nəticələnsə, onda onlar gələcəkdə nəsli kəsilmiş digər heyvanları da klonlaşdırmağa başlayacaqlar. Onlar bir neçə qədim balıq növlərini də klonlaşdırmaq niyyətindədirlər.

Daha əvvəl alimlər bildirirdilər ki, Asiya filləri ilə mamontların genləri demək olar ki, eynidir: "Hazırda yeni genetipləri yaratmaq bir o qədər də çətin deyil. Lakin nəsli kəsilmişləri həyata qaytarmaq üçün onların genetik kodlarını almaq lazımdır".

Alimlər deyiblər ki, bu eksperimentin başlıca məqsədi, təkcə 4 milyon il əvvəl nəsli kəsilmiş mamontları həyata qaytarmaq deyil, eyni zamanda Asiya fillərinin növlərini qorumaqdır. Məlum olduğu kimi, hazırda Asiya fillərinin kökü kəsilmək üzrədir.

Xəbər lenti
0