17:33 23 Oktyabr 2017
Canlı yayım
Ankara şəhəri

21-ci əsrin gedişatını Türkiyə təyin edəcək

© Foto: Owegoo.com
DÜNYA
Qısa URL
74 0 0

İngiltərəli nazir: “Türkiyənin üzləşdiyi çətinliklərlə başa çıxıb-çıxmaması 21-ci əsrin gedişatı baxımından təyinedici olacaq”

BAKI, 17 fev – Sputnik. İngiltərənin sabiq xarici işlər naziri Devid Milibənd, 21-ci əsrin gedişatını Türkiyənin təyin edəcəyini söyləyib. Sputnik Azərbaycan bu barədə Timeturk-ə istinadən xəbər verir. 

“Türkiyənin üzləşdiyi çətinliklərlə başa çıxıb-çıxmaması 21-ci əsrin gedişatı baxımından təyinedici olacaq” – sabiq nazir bildirib. 

Milibənd daha sonra əlavə edib: “Türkiyə sadəcə turizm baxımından deyil, bir çox baxımdan xüsusi bir ölkədir. Qeyri-adi tarixi, ənənəsi və mövqeyi etibarilə Şərq ilə Qərbi birləşdirən çox mühüm coğrafiyada yerləşir. Türkiyə qlobal dünyanın necə inkişaf edəcəyində də təyinedici rol oynayacaq”. 

Əlaqədar

Fətullah Gülən Türkiyəyə təhvil verilərsə...
Türkiyə vətəndaşlarının 47%-i ABŞ haqqında mənfi fikirdədir
Gürcüstan, Azərbaycan və Türkiyə XİN başçıları görüşəcək
Teqlər:
21-ci əsrin gedişatı, Şərq, Qərb, Devid Milibənd, İngiltərə, Türkiyə

Əsas mövzular