04:59 01 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
66510

Bundan sonra keçmiş ərinə bacı gözü ilə baxacaq

BAKI, 17 fev — Sputnik. Pekin sakini 72 yaşında cinsini dəyişib. Sputnik Azərbaycan China Daily-yə istinadla xəbər verir ki, əməliyyat fevralın 15-də Quandun əyalətinin Xoçjou şəhərindəki xəstəxanalardan birində həyata keçirilib və bir neçə saat davam edib. 

Alimlər süni ürək düzəldərkən
© Sputnik / Vladimir Astapkovich

Əməliyyat nəticəsində Sin Yuenin (Xin Yue) sinəsi böyüdülüb və onu qadınlaşdırmaq məqsədilə vaqinaplastika (kişi orqanlarının qadın orqanlarına dəyişdirilməsi) həyata keçirilib. Məlumatda qeyd olunur ki, cərrahiyyə əməliyyatına qədər Yue çoxsaylı testlərdən keçib və mindən artıq suala cavab verib. 

Sözügedən Çin vətəndaşı 1970-2000-ci illərdə ailəli olub və onun bir qızı var. Onun sabiq arvadı Len Ruy (Leng Rui) ərinin qərarını tamamilə dəstəkləyib və xəstəxanada onun yanında olub. 

“Mənim qadın olmaq arzum həyata keçib" – Yue əməliyyatdan sonra jurnalistlərə bildirib. 

Uşaq vaxtı o, ailənin 3 oğlundan biri olub, amma tez-tez qız paltarları geyinirmiş. Bu onun çox xoşuna gəlirmiş. "Mənim ata-anam o vaxtlar qızlarının olmasını çox istəyirdilər və mənə qız paltarları geyindirirdilər” –  Yue əlavə edib. 

Yuenin keçmiş həyat yoldaşı da məsələyə münasibət bildirib: “Xin artıq mənim ərim olmaqdan çıxıb. O, artıq mənim yaxın rəfiqəmdir. Biz qohumluq əlaqələrimizi mənəvi bacı olaraq davam etdirəcəyik”.

Əlaqədar

Oğul və ana cinslərini dəyişdilər
Gələcək övladınızın cinsini bəri başdan öyrənə biləcəksiniz
Teqlər:
cərrahiyyə əməliyyatı, Cinsdəyişmə əməliyyatı, Len Ruy, Sin Yue, Xoçjou şəhəri, Quandun əyaləti, Çin

Əsas mövzular