00:05 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
387 0 0

Görüşdə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb

BAKI, 17 fev — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Riçard Hoaqland (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kaspişik ilə görüşüb.

Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündəki müzakirələrinin davamı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli prosesində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara başlamaq məqsədilə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəvəti əsasında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə şam yeməyi olub.

Əlaqədar

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş olub
Ermənistan XİN başçısı ATƏT Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Teqlər:
Münhen Təhlükəsizlik konfransı, Sankt-Peterburq görüşü, Xarici İşlər Nazirliyi, ATƏT-in Minsk Qrupu, İqor Popov, Stefan Viskonti, Riçard Hoaqland, Andjey Kaspişik, Elmar Məmmədyarov, Azərbaycan, Rusiya, Ermənistan, Münhen

Əsas mövzular