Tramp: "İŞİD xərçəng şişidir"

© AP Photo / Raqqa Media Center via APRakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli
Rakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: "İŞİD günahsız insanlara işgəncə verən qrupdur. Əvvəlcə onlar dünyanın müxtəlif yerlərində kiçik qruplar idilər. İndi onlar böyüyürlər. Onlar xərçəng kimi yayılırlar"

BAKI, 16 fev – Sputnik. ABŞ prezidenti Donald Tramp İŞİD terror təşkilatını getdikcə böyüyən xərçəng şişi ilə müqayisə edib.

"Gəlin həqiqətin gözünə dik baxaq. Mən nəhəng problemləri həll etmək zərurəti ilə üz-üzə qalmışam. Yaxın Şərq faciəsi, Simali Koreya ilə bağlı vəziyyət və sairə. Biz bunları həll edəcəyik… Mən hərbçilərimizə general Ceyms Mattisi göndərdim. O indi İŞİD-lə mübarizə planı üzərində işləyir. İŞİD günahsız insanlara işgəncə verən qrupdur. Əvvəlcə onlar dünyanın müxtəlif yerlərində kiçik qruplar idilər. İndi onlar böyüyürlər. Onlar xərçəng kimi yayılırlar. Bu da qarşımda olan daha bir problemdir" — deyə Tramp bildirib.

Xəbər lenti
0