SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ərəb ittifaqı yaradılır

© AP Photo / MENAƏbdül Fəttah əs-Sisi
Əbdül Fəttah əs-Sisi - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər alyansın hər hansı üzvünə hücum edilərsə, NATO-da olduğu kimi buna təşkilatın bütün üzvlərinə edilmiş hücum kimi baxılacaq

BAKI, 16 fev – Sputnik. ABŞ bəzi ərəb ölkələri ilə İrana qarşı hərbi alyans yaratmağı müzakirə edir. Sputnik Azərbaycan bu barədə İsrail KİV-nə istinadən məlumat verir.

Yaradılması ehtimal edilən ittifaqa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qoşula bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qatılması nəzərdə tutulub. 

Əgər alyansın hər hansı üzvünə hücum edilərsə, NATO-da olduğu kimi, buna təşkilatın bütün üzvlərinə edilmiş hücum kimi baxılacaq. Xəbərə görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir.

Xəbər lenti
0