10:06 10 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
378 0 0

Alimlər yerli seysmik aktivliklə bağlı məlumatları əldə ediblər

BAKI, 16 fev — Sputnik. Dünya sarsıdıcı zəlzələnin astanasındadır. ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində yerləşən Santa-Barbara şəhərinin altında geoloji çat əmələ gəlib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, amerikalı alimlər bu barədə "Geophysical Research Letters" jurnalında yayımlanan məqalədə bildiriblər. Ventura çatı (Ventura-Pitas Point Fault) eyniadlı şəhərin qərbinə tərəf yüz kilometrlərlə uzanır, Santa-Barbara və Qoleta şəhərlərinin altından keçir. Onun bir hissəsinin isə Sakit okeanın altından keçdiyi məlum olub.

80-ci illərə qədər geoloqlar hesab edirdilər ki, o, aktiv deyil. Amma yeni məlumatlar göstərir ki, o, dağıdıcı zəlzələlərə səbəb ola bilər. Burada əsas faktor onun strukturudur. O, mərhələli və yaxud da düzxətli (hamar) ola bilər.

Alimlər çatın dəqiq formasını təyin etmək üçün kompüter simulyasiyası vasitəsilə tektonik layları, həmçinin yerli seysmik aktivliklə bağlı məlumatları əldə ediblər. Məlum olub ki, Ventura pilləkəni xatırladan struktura malikdir və Yerin səthə daha yaxındır.

Bu onu göstərir ki, sözügedən çat Rixter şkalası ilə 8 bal gücündə zəlzələnin, həmçinin bir hissəsi okeanın altından keçdiyinə görə, sunamilərin baş verməsinin mənbəyi ola bilər.

Əlaqədar

Baş seysmoloq: “Azərbaycanda güclü zəlzələ gözlənilmir”
"Türkiyədə zəlzələni xarici qüvvələr törədib"
Türkiyədə canlı yayım zamanı zəlzələ şoku
Hindistanda güclü zəlzələ olub
Baş seysmoloqdan zəlzələ açıqlaması
Bu ölkə zəlzələdən silkələndi
Teqlər:
şkala, simulyasiya, alim, zəlzələ, ABŞ

Əsas mövzular