Tramp pərt oldu

© REUTERS / Kevin LamarqueCastin Trudo və Donald Tramp
Castin Trudo və Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ və Kanada rəhbərlərinin görüşü xüsusi diqqət çəkib

BAKI, 14 fev — Sputnik. Kanadanın Baş naziri Castin Trudo ilə ABŞ-ın yeni prezidenti Donald Tramp arasında keçirilən görüş maraqlı görüntü ilə yadda qalıb. Sputnik Azərbaycan bu haqda News.com-a istinadən məlumat verir.

Bağlı qapılar arxasında keçirilən danışıqlardan sonra iki lider jurnalistlərin qarşısına keçib. Donald Trampın olduqca xoş əhval-ruhiyyədə olmasına baxmayaraq, Castin Trudo sanki Trampla görüşdən o qədər də məmnun görünməyib. Tramp Kanada Baş nazirinə əl uzadarkən, Trudonun buna verdiyi reaksiyası da diqqət çəkib.

Xatırladaq ki, Kanadanın Baş naziri bundan öncəki açıqlamalarında Birləşmiş Ştatların yeni rəhbəri Donald Trampı imzaladığı irqçi fərmanlara görə sərt tənqid etmişdi.

Xəbər lenti
0