11:02 30 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
173111

Gallup-un keçirdiyi rəy sorğusunun nəticələrinə görə, türklər amerikalılara və ruslara mənfi münasibət bəsləyirlər

BAKI, 13 fev — Sputnik. Türkiyə sakinlərinin təxminən yarısı ABŞ barədə mənfi fikirdədir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Gallup-un keçirdiyi rəy sorğusunun nəticələrindən görünür. 

Rəyi soruşulanların əksəriyyəti ABŞ universitetlərinə və biznes imkanlarına yüksək qiymət versələr də, onun insan haqlarının qorunması, yaxud beynəlxalq cinayətə qarşı mübarizədəki səylərini mənfi qiymətləndiriblər. Respondentlərin yalnız 12,4 faizi Amerika haqda “çox müsbət”, 29,8 faizi isə sadəcə “müsbət” fikirdə olduğunu bildirib. 33 faiz ABŞ haqda çox mənfi fikirdədir, 14 faiz isə ümumən mənfi rəy bəsləyir. 

Sorğu: Azərbaycan gəncliyi necədir
© Sputnik / Kamilla Əliyeva

Rəy sorğusu ötən ilin may-iyun aylarında keçirilsə də, onun nəticələri çərşənbə günü prezident Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbətindən sonra açıqlanıb.

Sorğu türklərin Rusiya haqda da mənfi rəydə olduğunu göstərir. Belə ki, respondentlərin 44 faizi Rusiyaya “çox mənfi” münasibət bəslədiklərini deyiblər.

"Ölkə üçün hansı keyfiyyət mühümdür?" sualına cavabda türklər “insan haqlarının qorunmasını” (71.6%) başlıca amil kimi göstəriblər. Digər tərəfdən "siyasi azadlıqlara malik demokratiyanın" mövcudluğu (57.3%) türklərin axırıncı prioriteti olub.

Əlaqədar

Sorğu: Azərbaycan gəncliyi necədir
Sorğu: Avropa KİV-i miqrantların cinayətlərini obyektiv işıqlandırmır
Teqlər:
Sorğu, Donald Tramp, Rəcəb Tayyib Ərdoğan, Amerika, Rusiya, Türkiyə, ABŞ

Əsas mövzular