09:36 13 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2502

Tamaz Naveriani: "Azərbaycan ilə dostluq qrupunun yaradılması əsas məqsədlərimizdəndir"

BAKI, 12 fev — Sputnik. Gürcüstan Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır. Tezliklə Gürcüstan parlamentində də Azərbaycan ilə dostluq qrupu yaradılacaq.

Bu sözləri Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib ki, doqquzuncu çağırış Gürcüstan parlamentində prosedur məsələlər artıq başa çatıb. Qanunlar paketi, xarici siyasət kursu və s. artıq həllini tapıb. Hazırda bir sıra məsələlər, o cümlədən Azərbaycan parlamenti ilə dostluq qrupunun yaradılması müzakirə olunur. Dostluq qrupu tezliklə yaradılacaq. 

Hacıyev bildirib ki, parlamentlərarası dostluq qruplarının yaradılması, deputatların mütəmadi səfərlərinin təşkili, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi, parlamentlərarası beynəlxalq qurumlarda birgə əməkdaşlıq iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.

Parlamentin digər deputatı Tamaz Naveriani Gürcüstan parlamentində belə bir qrupun yaradılmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. İki ölkənin parlamentləri arasında dostluq qruplarının yaradılması qarşıda duran əsas məqsədlərimizdən biridir. Azərbaycan parlamentində belə bir qrup var. Gürcüstan parlamentində bununla əlaqədar iş gedir və dostluq qrupu tezliklə fəaliyyətə başlayacaq. İnanıram ki, parlamentlərarası dostluq qrupları təkcə qanunverici orqanlar arasında deyil, bütövlükdə dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Əlaqədar

Gürcüstanlı nazir: "Azərbaycanın Açıq hökumətə üzvlüyü vacibdir"
Gürcüstan azərbaycanlılarının problemləri həmişə aktualdır
Gürcüstan XİN rəhbəri Bakıya səfər edəcək
Teqlər:
Dostluq qrupunun yaradılması, Gürcüstan parlamenti, Ruslan Hacıyev, Tamaz Naveriani, Gürcüstan, Azərbaycan

Əsas mövzular