Şimali Koreya ballistik raketi sınaqdan keçirib

© Sputnik / Mediabanka keçidRaket buraxılışı
Raket buraxılışı - Sputnik Azərbaycan
Abunə olmaq
Tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan yerli vaxtla saat 07.55-də buraxılıb

BAKI, 12 fev — Sputnik. Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrin qərargah rəislərinin birləşdirilmiş komitəsinin məlumatında bildirib. 

Tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan yerli vaxtla saat 07.55-də buraxılıb (Bakı vaxtı ilə 02.55-də). Raketin uçuş trayektoriyası hələlik müəyyənləşməyib.

Xəbər lenti
0