09:55 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
21910

Yılmaz Altınsoy: "ABŞ-ın püxtələşmiş idarəçiliyi var. Tramp bu oturuşmuş idarəçiliyə əks olan bəzi fikirlər səsləndirir".

BAKI, 12 fev – Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın müsəlman ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyan fərman imzalamasına baxmayaraq, Federal Məhkəmə sözügedən qərarı ləğv etmişdi. 

Sputnik Azərbaycan Fox-a istinadən xəbər verir ki, Federal Məhkəmənin qərarından ilk faydalanan şəxs İran vətəndaşı Ali Vayeqhan olub.

Belə ki, Trampın bu fərmanı imzalamasından sonra Los-Anceles hava limanından geri qaytarılan Ali Vayeqhan daha sonra yenidən Amerikaya daxil ola bilib. Bununla da İran vətəndaşı tarixə düşüb. 

Los-Anceles hava limanına eniş edən Ali Vayeqhan şəhərin bələdiyyə sədri Erik Qarsetti başda olmaqla, yaxın qohumları, vəkillər və ictimai fəallar tərəfindən qarşılanıb.

Qeyd edək ki, Tehrandan Los-Ancelesə gələn, oradan isə İndiana əyalətinə 12 ildir görmədiyi oğluna qovuşmaq üçün yola çıxan Ali Vayeqhan yarı yoldan geriyə, Los-Ancelesə, oradan da İrana qaytarılıb. Təsadüfdən, onun Amerikaya səfəri Donald Trampın fərman imzaladığı günlə eyni vaxta düşüb.

Daha sonra Nyu-York Federal məhkəməsində olduğu kimi, Kaliforniya Federal məhkəməsi də prezidentin qərarını irqçi hesab etdiyi üçün pozub. Məhkəmə İran vətəndaşı Ali Vayeqhanın Amerikada qala biləcəyi barədə hökm verib. Məhz bundan sonra, Amerikaya yenidən giriş edən Vayeqhan, Los-Anceles hava limanına onu qarşılamaq üçün gələn hüquqşünaslara, ictimai fəallara təşəkkürünü bildirib. 

“İnsan hüquqları dediyimiz şey bax budur. Gördüyüm dəstək və maraq məni şok etdi, məni qürurlandırdınız, budur insanlıq” – Ali Vayeqhan deyib.

Ümumilikdə, ABŞ-ın bir çox ştatlarında Donald Trampın imzalamış olduğu fərmanlar əleyhinə çox ciddi etiraz aksiyaları davam edir. Aksiyalarla yanaşı, əyalətlərdəki Federal məhkəmələr də ardı-ardına Trampın qərarlarını ləğv edir. Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən türkiyəli politoloq Yılmaz Altunsoy, yeni prezident Donald Trampın ABŞ “dərin dövləti”nə zidd siyasət yürütdüyünü deyib: 

“Donald Tramp Amerikan dərin dövlətinə hakim deyil. ABŞ-ın püxtələşmiş idarəçiliyi var. Tramp bu oturuşmuş idarəçiliyə əks olan bəzi fikirlər səsləndirir. Bu baxımdan prezidentin atacağı bir çox addımlar dərin dövlət tərəfindən hansısa formada əngəllənəcək”. 

“Yeddi müsəlman ölkə vətəndaşlarına viza verilməməsi haqda qərar İslam dünyasına qarşı duyulan kin və nifrətin ifadəsidir. Tamamilə irqçi fərmandır, insan haqlarına ziddir. Ancaq müsəlman aləminin də məftun olduğu qərb dünyasından belə bir şillə yeməsi, özünə dönməsinə vəsilə olacaq. Bu mənada, qədər baxımından xeyirli olduğunu düşünürəm. Federal məhkəmənin Trampın imzaladığı fərmanı ləğv etməsi qüvvələr balansı sisteminin ən gözəl nümunəsidir. ABŞ prezidenti belə, öz ölkəsində istədiyi formada idarəçilik edə bilmir. Prezident üsul-idarəsinin ən düzgün formasının şahidi olduğumuzu deyə bilərik” – Yılmaz Altınsoy əlavə edib. 

Əlaqədar

Məhkəmələr prezidentin əl-qolunu bağladı
Məhkəmə Tramp administrasiyasının apellyasiya şikayətini rədd edib
Teqlər:
Kaliforniya Federal məhkəməsi, Nyu-York Federal məhkəməsi, Yılmaz Altunsoy, Erik Qarsetti, Ali Vayeqhan, Donald Tramp, Tehran, İran, Los-Anceles, ABŞ

Əsas mövzular