10:07 24 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9496
Adolf Hitlerin oxşarı

Avstriya polisi "Hitler"i axtarır

© Sputnik / Alexandr Polyakov
DÜNYA
Qısa URL
177210

Avstriyada Adolf Hitlerin "oxşar"ı peyda olub

BAKI, 11 fev — Sputnik. Avstriya polisi Adolf Hitler obrazında Braunau-amm-İnn şəhərində dolaşan şəxsi axtarır. Sputnik Azərbaycan bu barədə "Oberösterreichische Nachrichten" qəzetinə istinadən məlumat verir.

Braunau-amm-İnn alman diktatorunun doğma şəhəridir. Hitlerin kostyumunu geymiş, saç düzüm və bığları onun kimi olan gənc oğlanı şəhərdə bir neçə dəfə görüblər. Şahidlərin sözlərinə gör, oğlanın 25-30 yaşı var.

Məlumata əsasən, "oxşar" Hitlerin anadan olduğu evin fonunda şəkil çəkdirib, həmçinin kitab dükanında İkinci dünya müharibəsinə dair kitablarla maraqlanıb.

Getdiyi barda oxşarı "Harald Hitler" kimi tanıyırlar.

Avstriya hüquq-mühafizə orqanları məsələnin təfərrüatlarını öyrənirlər və gənc oğlanın cəzalanacağını istisna etmirlər.

"Başqalarının gözü qarşısında Adolf Hitlerin şəxsiyyətini populyarlaşdırmaq cinayətdir" — regional prokurorluqdan bildiriblər.

Teqlər:
Adolf Hitler, Braunau-amm-İnn, Avstriya

Əsas mövzular