04:41 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
ABŞ Mərkəzi Bankı (FED) idarə heyətinin üzvü Daniel Tarullo

FED-də “Tramp” zəlzələsi

© AP Photo / Andrew Harnik
DÜNYA
Qısa URL
20901

FED-in idarə heyətinin üzvü Tarullonun istefası Trampın maliyyə tənzimlənməsinin zəiflədilməsi ilə bağlı fərmanından bir həftə sonra baş verib

BAKI, 11 fev — Sputnik. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) idarə heyətinin üzvü Daniel Tarullo vəzifəsindən istefa verib. Sputnik Azərbaycan bloomberg-ə istinadla xəbər verir ki, FED-in maliyyə aktlarına məsul olan ən üst səviyyə idarəçisi Tarullonun istefası, Trampın maliyyə tənzimlənməsinin zəiflədilməsi ilə bağlı fərmanından bir həftə sonra baş verib.

FED-dən verilən yazılı açıqlamaya görə, Daniel Tarullo bu ilin aprelin 5-də işindən ayrılmağı ilə bağlı ərizə verib.

Tarullo FED-in yoxlama və tənzimləmə komitəsinin sədridir. O, 2008-ci il maliyyə böhranından sonra Amerika maliyyə sistemini möhkəmləndirmək üçün həyata keçirilən islahatın hazırlanmasına rəhbərlik edib. 

ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina
© AFP 2018 / Karen BLEIER

Vəzifə müddəti 2022-ci ildə bitəcək Tarullonun istefası, Trampın ölkədəki maliyyə tənzimlənməsinin zəiflədilməsinə yönələn addımından bir həftə sonra gəlib.

FED-in idarə heyətinin mövcud üzvləri, o cümlədən Daniel Tarullo ABŞ-ın 44-cü prezidenti Barak Obama tərəfindən seçilmişdi.

Qeyd edək ki, FED-in idarə heyəti üzvlərinin ABŞ prezidenti tərəfindən namizəd göstərildikdən sonra Senatda təsdiqlənməsi lazımdır.

Əlaqədar

FED 4 dəfə faiz artımına gedəcək
Bu gün FED qərarını açıqlayacaq
FED-in dollar göstəricisi 14 ilin zirvəsinə yüksəldi
Teqlər:
Senat, Federal Ehtiyatlar Sistemi, Daniel Tarullo, Donald Tramp, Barak Obama, ABŞ

Əsas mövzular