10:37 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Hərbi təyyarə

“Türk əsgərlərinin ölümündə təyyarənin pilotu günahkardır”

© Sputnik / Dmitry Vinogradov
DÜNYA
Qısa URL
56421

Salih Yılmaz: “MKİ rəhbəri və səudiyyəli rəsmilərin Ankarada olduğu vaxtda bu cür təsadüflərin olmasını yaxşı araşdırmaq lazımdır”

BAKI, 11 fev – Sputnik. Rusiya hərbi təyyarəsinin Suriya ərazisində türk əsgərlərin olduğu binaya səhvən zərbə endirdiyi ilə bağlı xəbər vermişdik. Hadisə nəticəsində 3 türk əsgəri həlak olmuş, 11-i isə yaralanmışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov baş verən olayın təsadüf olduğunu bildirib. Lakin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Peskovun dediklərini təkzib edib. 

Sputnik Azərbaycan-ın Baş Qərargahın saytına istindən verdiyi məlumata görə, açıqlamada qeyd olunur ki “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib".

Yaşanan faciəni Sputnik Azərbaycan-a Ankara Yıldırım Beyazit Universitetinin professoru Saleh Yılmaz şərh edib. 

Yılmaza görə, dünən baş verən xoşagəlməz hadisə ciddi araşdırılmalıdır: “Rus tərəfi bunun bir təsadüf olduğunu desə də, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri və səudiyyəli rəsmilərin Ankarada olduğu vaxtda bu cür təsadüflərin niyə baş verdiyini yaxşı araşdırmaq lazımdır”. 

Mövzuya hərbi analitik Üzeyir Cəfərov da münasibət bildirib: “Mən başa düşürəm, tərəflər iki dövlət arasında münasibətlərin təzə-təzə istiləşməsi dövründə bu məsələnin dərininə getmək istəmir. İki prezident, iki hökumət başçısı və ordu rəhbərləri arasında danışıq olub. Ruslar üzrxahlıq ediblər. Ancaq nə olur-olsun, bu heç bir halda Rusiya silahlı qüvvələrinə bəraət qazandırmır. Çünki söhbət 3 əsgərin ölümü, 11 əsgərin də yaralanmasından gedir. Yaralı olanların sonunun nə olacağı da bilinmir. Günah rus pilotdadır. Bəli, məhz o pilotdadır. Mən türk tərəfinə təklif edərdim ki, həmin pilotu Rusiyadan istəsin. Çünki başqa cür bunu qəbul etmək çox çətindir”. 

Əlaqədar

“Biz türklərin verdiyi koordinatlara uyğun hərəkət etdik”
Rusiya təyyarəsi səhvən türk əsgərlərini bombaladı
Teqlər:
Rusiya hərbi təyyarəsi, Hmeymim bazası, Mərkəzi Kəşfiyyat İdarəsi, Türkiyə Silahlı Qüvvələri, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı, Dmitri Peskov, Ankara, Rusiya, Suriya, Türkiyə, ABŞ

Əsas mövzular